Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Siyəzən Rayon Təhsil Şöbəsi Siyəzən rayonunun rayon statusunun yenidən bərpa edilməsi dövründən, 1992-ci ildən fəaliyyət göstərir. Təhsil Şöbəsi təhsilə cəmiyyətin ən əsas problemlərini özündə daşıyan sosial proses kimi baxmış, təhsilin üstün inkişafı və dövlət təhsil siyasətinin həyata keçirilməsi üçün fasiləsiz iş aparmışdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında təhsilin inkişafının başlıca istiqamətlərini əks etdirən müddəaların yerinə yetirilməsi əsas vəzifə kimi qəbul edilmişdir. 1999-cu ildən Siyəzən rayonunda təhsildə tamamilə yeni bir dövr başlanmışdır. “Azərbaycan  Respublikasında təhsil sahəsində İslahat Proqramı"nın təsdiq edilməsi və həyata keçirilməsi rayonda təhsilin bütün sahələrini inkişaf etdirmişdir. 2017-2018-ci dərs ilində  rayon təhsili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” və Təhsil Nazirliyinin  2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili" elan edilməsi ilə bağlı sənədlər əsasında fəaliyyət göstərmişdir. Bu dövr ərzində təhsildə daha yüksək təhsil göstəricilərinin əldə edilməsi, müasir təhsildə inteqrasiya I-XI siniflərdə  ümumi təhsilin kurrikulumlarının hazırlanması və tədrici keçid əsas məqamlardan olmuşdur. Bütün bunların məntiqi nəticəsi kimi 2017-2018-ci dərs ilində   rayonun təhsili daimi inkişafda olmuş və daha yüksək  nəticələr əldə edilmişdir.

2017-2018-cı dərs ilinə aid göstəricilər

2018-ci ildə tam orta təhsili bitirənlər 364 nəfər
2018-ci ildə tam orta təhsili qızıl medalla bitirənlər 1 nəfər
Respublika fənn olimpiadalarında və müsabiqələrdə yer tutanlar 3 nəfər
Respublika, Avropa və dünya çempionu olmuş idmançılar 10 nəfər
Ali məktəbə sənəd verənlər 351 nəfər
Ali məktəbə qəbul olanlar 169 nəfər
Onlardan 2018-ci ilin məzunları 147 nəfər
600-dən çox bal toplayanlar 13 nəfər
500-dən çox bal toplayanlar 29 nəfər
Rayon üzrə sənəd verənlərin ümumi qəbul faizi 48,15 %
O cümlədən, 2018-ci il məzunlarının qəbul faizi 51,76 %
Hərbi yönümlü ali məktəblərə daxil olan məzunların sayı 9 nəfər
Rayon üzrə müəllimlərin sayı 761 nəfər
Bağçalarda işləyən tərbiyəçilərin sayı 37 nəfər
Rayon üzrə əlaçı şagirdlərin sayı 1634 nəfər
Bağçalarda uşaqların sayı 430 nəfər
UGİŞM-nə cəlb edilmiş idmançıların sayı 239 nəfər
UGİM-nə cəlb edilmiş şagirdlərin sayı 195 nəfər
Məktəbəhazırlıq kursuna cəlb edilmiş uşaqların sayı  528 nəfər
Rayonun ümumtəhsil məktəblərində çalışan "Əməkdar Müəllim"lər  

Ümumi və tam orta təhsil

Rayonda 25 ümumtəhsil məktəbi vardır. Həmin məktəblərdən 1-i məktəb-lisey,  14-ü tam orta, 6-sı ümumi orta,1-ri inteqrasiya təlimli internat tipli gimnaziya və 3-ü isə ibtidai məktəblərdir. 6787 nəfər şagirdin təlim-tərbiyəsi ilə 761 nəfər müəllim məşğul olur. Həmin müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim”, 3 nəfəri isə “Əməkdar məşqçi” fəxri adını daşıyırlar.

Rayonda təhsilə üstün inkişaf etdirilən sahə kimi xüsusi diqqət yetirilir. Rayonun yetirmələri Şimal regionunda ən yüksək nəticələr qazanmışlar. Rayonun istedadlı şagirdləri müxtəlif intellektual və yaradıcı müsabiqələrdə fəal  iştirak edir,  yüksək nəticələr əldə edirlər. Rayon Təhsil Şöbəsi dövlət təhsil siyasətinin əsasını təşkil edən bu işlərin təşkilatçısı, koordinatoru və rəhbəri kimi fəaliyyət göstərir.

Ümumi orta təhsil pilləsi əhatə səviyyəsinə və miqyasına görə təhsil sisteminin ən geniş pilləsidir. Təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin, yaradıcılıq fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin yüksəldilməsi ümumi təhsilin əsas inkişaf prioritetlərini müəyyən edir. Şagirdlərin təlim-tərbiyəsinin səviyyəsini yüksəltmək, tədris planları və proqramlarının yerinə yetirilməsi, maddi-tədris bazadan məqsədyönlü istifadə edilməsi, məktəblərin və  məktəb rəhbərliyinin, müəllimlərinin, tərbiyəçilərinin yaradıcılıq fəaliyyətinin təmin edilməsi, mövcud nöqsanların aradan qaldırılması orta ümumtəhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdəndir. Rayonda beynəlxalq təcrübəyə uyğun olaraq təhsil sahəsində çalışanlar üçün seminarların, müşavirələrin, konfransların təşkili, humanitar və yerli ictimai təşkilatlarla müvafiq istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi ümumtəhsil sahəsinin dinamik inkişafını təmin edir. Bundan əlavə ümumi orta təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə bir sıra proqram və layihələr hazırlamış və hazırda həyata keçirilməkdədir. 2018-ci illərdə “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keyfiyyətin yüksəldilməsi üçün bütün məktəblərdə gərgin iş getmiş, monitorinqlər keçirilmiş, nəticələr Pedaqoji Şurada müzakirə edilmiş, qarşıda duran vəzifələr müyyən edilmişdir.

Rayon Təhsil Şöbəsinin çox sahəli fəaliyyət sahələrindən biri də gənclərin hərbi vətənpərvəlik tərbiyəsidir. Bu məsələ ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində fasiləsiz iş aparılır. Rayon Təhsil Şöbəsinin 2017-2018-ci dərs ilində şagirdlərin hərbi vətənpərvəlik tərbiyəsini yaxşılaşdırmaq, onlarda vətənə, torpağa, milli-mənəvi dəyərlərmizə məhəbbət hisslərini formalaşdırmaq üçün silisilə tədbirlər həyata keçirilmişdir. 2017-2018-ci dərs ilində ilk dərsin “Cocuq Mərcanlıya tarixi qayıdış” kimi təşkili gənclərin vətənpərvərlik tərbiyəsində çox böyük effekt vermişdir. 

Görülən işlərin məntiqi nəticəsi kimi 2017-2018-ci dərs ilində hərb sənətinə maraq artmış, 9 nəfər məzun hərbi yönümlü ali hərbi məktəblərə qəbul olmuş, Siyəzən şəhər 1 saylı tam orta məktəbin “Şahin” hərbi idman komandası və 2 saylı tam orta məktəbin “Gənc xilasedicilər” komandası Zona yarışlarında fərqlənmişlər.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Siyəzən şəhər 3 saylı tam orta məktəbin müəllimi İlhamə Sultanova “Azərbaycanın əməkdar müəllimi” fəxri adına, Siyəzən şəhər 1 saylı tam orta məktəbin müəllimi Vahid Məmmədov “Tərəqqi medalı”na, Təhsil Nazirliyinin Kollegiya Qərarı ilə Siyəzən şəhər  2 saylı tam orta məktəbin müəllimi Mətənət Qədəşova “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşlər.

Məktəbdənkənar təhsil

Rayonda 2 məktəbdənkənar təhsil, müəssisəsi fəaliyyət göstərir.

Uşaq Gənclər İdman-Şahmat  Məktəbində 2017-2018-ci dərs ilində 239 nəfər  məktəbli idmançı idmanın boks, sərbəst güləş və futbol növləri ilə məşğul olurlar. Məktəbin yetirmələri   bir çox idman   nailiyyətləri əldə    ediblər. 2018-ci ildə məktəbin 10 idmançısı, Respublika, Avropa və dünya çempionu adına layiq görülmüşlər.

Rayonun məktəbdənkənar tədris müəssisələrindən olan Uşaq Gənclər İnkişaf Mərkəzi 2017-2018-ci tədris ilində illik iş planına uyğun olaraq fəaliyyət göstərmişdir. 13 dərnəyə 195 nəfər uşaq cəlb edilmişdir ki, həmin dərnəklər texniki-estetika, bədii tikmə, gənc modelçilər elektrotexnika, xarici dillərin öyrənilməsi və bədii qiraəti əhatə etməklə rəngarəngliyi təmin etmiş, rayon və respublika səviyyəli yarışlarda rayonu layiqincə təmsil etmişlər.

Uşaq və gənclərin estetik, ekoloji və fiziki tərbiyəsində, onların yaradıcılıq təlabatlarının ödənilməsində, intellektual səviyyəsinin artırılmasında, ailə, məktəb və ictimaiyyətin qarşlıqlı əlaqələrinin yaradılmasında məktəbdənkənar təhsil xüsusi əhəmiyyətə malikdir. Məktəbdənkənar  təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.

Məktəbəqədər təhsil

Rayonda 5 məktəbəqədər təhsil müəssisəsi vardır. Həmin uşaq bağçası və körpələr evində 430 nəfər uşaq məktəbə hazırlanır. Onların təlim-tərbiyəsi ilə 37 nəfər tərbiyəçi müəllim məşğul olur. Maddi sərvətlərin insan  kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Məktəbəqədər təhsilin inkişafı Təhsil  strategiyasında mühüm prioritet təşkil edir.

Siyəzən peşə məktəbi

1980-cı ildən Dəvəçi rayon 110 saylı Texniki Peşə Məktəbinin bir filialı Siyəzən şəhərində fəaliyyət göstərmişdir. 1990-cı ildən həmin filial fəaliyyətini dayandırmışdır. 1990-cı ildən 1993-cü ilə kimi rayonun şagirdləri Dəvəçi rayon 17 saylı Texniki Peşə Məktəbinin Siyəzən filialında peşə təhsili almışlar. Siyəzən rayonunun müstəqil rayon kimi statusunun bərpasından bir il sonra 1993-cü ildə rayonun müstəqil, peşə təhsili müəssəsi - Siyəzən Peşə məktəbi yaradılmışdır.
Siyəzən Peşə Məktəbi fəaliyyətə başladığı müddətdən etibarən “Quşçuluq operatoru”və ”Laborant” tədris qrupları açmaqla rayonda texniki kadrlarla olan ehtiyacı ödəməyə çalışmışdır. Əvvəlki illərdə ümumi orta təhsil bazasından qəbul edilən şagirdlərə üç il ərzində həm peşə təhsili, həm də tam orta təhsil verilmişdir. Uzun illər məktəbdə 10-12 qrup fəaliyyət göstərmişdir. 2017-2018-ci tədris ilindən Siyəzən Peşə məktəbində 2 qrup fəaliyyət göstərir. Ümumi orta təhsil bazasında bir qrup “Quşçuluq operatoru”, tam orta təhsil bazasından isə bir qrup ”Laborant”  qrupları fəaliyyət göstərir. 2 qrupda 40 nəfər peşə təhsili alır. Məktəb əsas vəzifə olaraq rayonun peşə təhsilinə olan təlabatını yüksək peşə hazırlığı olan kadrlarla təmin etməyi, rayon üçün  zəruri olan əlavə təhsil qruplarını açmağı peşə təhsili üçün zəruri olan avadanlıqların və texnikanın alınmasını qarşısına məqsəd qoymuşdur.

Keçidlər