Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Siyəzən rayonu Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşməklə, rayonun mərkəzi Siyəzən şəhəri Bakı şəhərindən 103 km şimalda, Bakı-Rostov şosse və dəmir yollarının üstündədir. Rayon 40o51ı, 41o12ı şimal enlikləri ilə 48o07ı, 49o20ı şərq uzunluqlar arasında yerləşir. Qərb və şimali-qərbdən Dəvəçi, cənubi-şərqdən Xızı rayonları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir.
İqlimi: mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda 1,5oC-dən 4oC-yə, iyulda müvafiq olaraq 15oC və 25oC-yə qədərdir. Yayı quraq keçir. İllik yağıntının miqdarı 300-650 mm-dir.
Rayonun ərazisindən axan Gil-gilçay və Ataçay çayları Xəzər dənizi hövzəsinə aiddir.
Torpaqları əsasən şorakətvari boz-qonur torpaqlardır.
 

Keçidlər