Rayon haqqında
İqtisadiyyat
Sənaye:Siyəzən ölkəmizin sənaye rayonlarındandır. Əsas təbii sərvətləri neft, təbii qaz, qum, çınqıl, gildir. Sənayedə mədənçıxarma və emal sənayesi inkişaf etmişdir.
Rayonda 7 iri və orta, 5 kiçik sənaye müəssisəsi, fərdi sahibkarlara məxsus 2 un dəyirmanı, çörək və çörək məmulatları sexləri, mebel sexi, plastik profilli məmulat istehsalı sexi fəaliyyət göstərir.
2018-ci ildə fəaliyyəti olan 9 sənaye müəssisəsi və sənaye fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən 33150,0 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcminin 36,4 faizi dövlət mülkiyyətinin, 63,6 faizi xüsusi mülkiyyətin payına düşür.
2018-ci ildə natural ifadədə 50,6 min ton neft, 8,1 milyon kub metr qaz, 1,1 min dekalitr distillə edilmiş spirtli içkilər, 20,1 min dekalitr təzə üzümdən köpüklənən şərab, 6857,3 ton sərt plastmasdan borular, borucuqlar və şlanqlar istehsal edilmiş, emal müəssisələrin anbarlarından istehlakçılara 1,2 min dekalitr distillə edilmiş spirtli içkilər, 54,8 min dekalitr təzə üzümdən köpüklənən şərab, 6966,5 ton sərt plastmasdan borular, borucuqlar və şlanqlar göndərilmişdir.
2018-ci ildə sənayedə işləyənlərin orta illik sayı 1196 nəfər, orta aylıq əmək haqqı 761,6 manat təşkil etmişdir.
Kənd təsərrüfatı: Aqrar sahəyə dövlət dəstəyinin artması rayonda kənd təsərrüfatının sürətli inkişafına təkan vermişdir. 70,3 min hektar rayon ərazisinin 38,11 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 8,94 min hektarını əkin yeri təşkil edir. Kənd təsərrüfatında taxılçılıq, heyvandarlıq və quşçuluq əsas yer tutur. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı fərdi sahibkar və ailə kəndli təsərrüfatlarının əlində cəmləşmişdir. Rayonda iri quşçuluq təsərrüfatı olan “Siyəzən-Broyler” ASC fəaliyyət göstərir.
2018-ci ildə rayon üzrə 111481,1 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. İstehsal edilmiş məhsulun 6,0 faizini bitkiçilik, 94,0 faizini heyvandarlıq məhsulları təşkil etmişdir.
2018-ci ildə rayonda 6083,0 ton taxıl, 195,1 ton qarğıdalı, 358,0 ton kartof, 1148,0 ton tərəvəz, 1002,0 ton ərzaq üçün bostan məhsulu, 1202,0 ton meyvə, 242,0 ton üzüm yığılmışdır. 100 hektar yeni fındıq bağı, 18 hektar yeni zeytun bağı salınmışdır.
2018-ci ildə rayonda 6847,0 ton buğda, 4375,0 ton arpa, 322,0 ton dən üçün qarğıdalı, 40,0 ton noxud, 10,0 ton lobya, 2,5 ton soya, 60,0 ton şəkər çuğunduru (sənaye emalı üçün), 31,0 ton dən üçün günəbaxan, 378,0 ton kartof, 1841,0 ton tərəvəz, 970,0 ton bostan məhsulu, 2286,0 ton meyvə, 380,0 tom üzüm toplanmışdır.
2019-cu ilin əvvəlinə rayonda bəslənən iri buynuzlu mal-qaranın sayı 13254 baş, qoyun və keçilərin sayı 54800 baş təşkil etmişdir. Diri çəkidə 25157,5 ton ət, o cümlədən 22992,2 ton quş əti, 12373,0 ton süd, 12,3 milyon yumurta, 91,0 ton yun istehsal edilmişdir.
Siyəzən rayonunun əsas sosail – iqtisadi göstəriciləri
Sosial-iqtisadi göstəricilər | vahidi | 2003-cü il | 2018-ci il |
Əhalinin sayı | nəfər | 34938 | 42226 |
Ümumi məhsul buraxılışının həcmi | min manat | 25495,5 | 227246,3 |
Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi | manat | 729,7 | 3525,8 |
Sənaye məhsulunun həcmi | min manat | 11056,4 | 33282,7 |
Sənaye məhsulunun qeyri-dövlət bölməsində həcmi | min manat | - | 21075,0 |
Kənd təsərrüfatı məhsulunun həcmi | min manat | 11274,8 | 111481,1 |
Tikinti | min manat | 280,4 | 52585,3 |
Nəqliyyat | min manat | 423,8 | 1219,7 |
İnformasiya və rabitə | min manat | 115,7 | 485,4 |
Ticarət | min manat | 2344,4 | 28192,1 |
İstifadəyə verilmiş əsas fondlar | min manat | 2411,6 | 40079,1 |
Əsas kapitala yönəldilən investisiyalar, o cümlədən | min manat | 2435,9 | 91371,2 |
• Sənaye | min manat | 2276,7 | 24702,9 |
• Kənd təsərrüfatı | min manat | - | 11511,8 |
• Tikinti | min manat | - | 32774,0 |
• Nəqliyyat | min manat | - | - |
• Rabitə | min manat | 68,1 | - |
• Ticarət | min manat | - | - |
• Sosial sahə | min manat | 9,3 | - |
• Digər sahələr | min manat | 81,8 | 22382,5 |
Əhalinin gəlirləri | min manat | 14000,0 | 122727,8 |
Adambaşına düşən gəlirlər | manat | 400,7 | 2929,1 |
Əhalinin xərcləri | min manat | 12900,0 | 100630,0 |
Adambaşına düşən xərclər | manat | 372,4 | 2701,7 |
Orta aylıq nominal əmək haqqı | manat | 67,2 | 396,7 |
Pərakəndə əmtəə dövriyyəsi | min manat | 8682,9 | 86230,4 |
Adambaşına düşən əmtəə dövriyyəsi | manat | 248,5 | 2058,0 |
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi | min manat | 999,0 | 18786,7 |
Adambaşına düşən xidmətləri | manat | 28,6 | 448,4 |
Mənzil fondu | min m2 | 453,7 | 703,5 |
Adambaşına düşən mənzil fondu | m2 | 13,0 | 16,8 |
Rayonun gəlirləri | min manat | 1248,0 | 3941,3 |
Rayonun xərcləri | min manat | 1247,0 | 3719,2 |