Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı

 

Novruzov Novruz Nəcəf oğlu

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı

1954-cü il mayın 2-də Lerik rayonunun  Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə  1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləmiş, 1974-1976-cı illərdə  hərbi xidmətdə olmuşdur.

1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən Lerik Rayon Komsomol Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən  Lerik Rayon Komsomol  Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987-1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Keçidlər