Şriftin ölçüsü :

Saytın rəngi :

Sizi İslam aləmində ən əziz bayramlardan olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi diləklərimi yetirirəm.

18 iyul 2021 | 16:00

Əziz Siyəzənlilər,
Sizi İslam aləmində ən əziz bayramlardan olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi diləklərimi yetirirəm. Qurban bayramında insanlar Haqq yolunda qardaşlığa, həmrəyliyə hazır olduqlarını nümayiş etdirir, Allaha yaxın olmağın verdiyi fəxarəti yaşayırlar. Hər il olduğu kimi müqəddəs Qurban bayramı milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmasını arzu edirəm. Rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 68 nəfər olmaqla 1-ci Qarabağ müharibəsinin və Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərinə, 1-ci qrup Qarabağ müharibəsi əlillərinə və Vətən müharibəsində ağır xəsarətlər almış qazilərimizə əziz bayram münasibətilə maddi yardım verilməsi nəzərdə tululub.
Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Novruz Novruzov

Keçidlər