Şriftin ölçüsü :

Saytın rəngi :

Milli mədəni irsimiz

06 yanvar 2021 | 16:00

Dünyanın ilk mədəniyyət beşiklərindən biri olan tarixi ipək yolunda yerləşən ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı ayrı-ayrı millətlərin, xalqların, konfensiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir məkan kimi tanınmışdır. Ölkəmiz eyni zamanda müxtəlif dinlərin, xüsusilə səmavi dinlərin yayıldığı ərazilərdən olmuşdur.
Sovet İttifaqının süqutundan sonra ideoloji-siyasi boşluğun yaranması, ölkə vətəndaşlarının 70 il ərzində içlərində yaşatdıqları milli-mədəni irsi dirçəltmək, İslam dəyərlərinə qayıtmaq meyli cəmiyyətimizi mürəkkəb bir reallıq qarşısında qoydu. Ölkəni idarə edən AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi nəticəsində xalqımız bir çox dəyərlər kimi tolerantlıq, multikultural dəyərləri, ata-babalarımızdan bizə miras qalan milli-mənəvi dəyərləri itirmək təhlükəsi ilə üzləşmişdi. Azərbaycan xalqının təkidi tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin formalaşdırılmasında, xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı. Azərbaycanda bütün dini konfensiyaların fəaliyyəti müvafiq qanunvericiliklə tənzimləndi.
Azərbaycanın özü qədər əbədi ümummilli liderimiz Heydər Əliyevin ən böyük istəyi ana məhəbbəti kimi müqəddəs olan Vətən sevgisini gənclərə aşılamaq, mənəviyyatlarına hopdurmaq idi. Ona görə də gənclərə həm ailədə, həm də məktəblərdə öz vətəninə, tarixinə, dininə əcdadlarına, ana dilinə, elmə, təhsilə məhəbbət aşılamağı, onların mənəviyyatını milli və mənəvi dəyərlərlə zənginləşdirməyi tösiyə edirdi.
1969-cu ildən başlayan Heydər Əliyev erası xalqımızın tarix boyu qərarlaşmış milli dəyərlərinin bərpa edilməsi, dinimizin, mənəviyyatımızın yüksəlişi, gənclərimizin milli ruhda tərbiyə edilməsi, milli şüurun yüksəldilməsi erasıdı.
Ulu Öndər Hüydər Əliyev milli təfəkkürümüzün aynası olan ana dilimizə sahib çıxdı. Milli dəyərlərimizdən olan Novruz bayramı məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində evlərdən ellərə yayıldı. Böyük öndər cəmiyyətdə vicdan azadlığının təmin olunması sahəsində də böyük işlər gördü. Onun ölkə rəhbərliyinə gəlişindən sonra Azərbaycanda İslam dininin sıxışdırılması siyasətinə son qoyuldu.
Budur, artıq Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi sayəsində oturuşmuş, liberal iqtisadiyyata və güclü orduya malik, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, milli maraqlara söykənən müstəqil xarici siyasət yürüdən ölkəyə çevrilib.
Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi uğurlarla dünya dövlətlərinə nümunədir. Azərbaycana səfər edən xarici qonaqlar  ölkəmizi daha yaxından tanıdıqdan sonra buradakı çoxsaylı etnik və milli qrupların birgə yaşayışlarına heyran qaldıqlarını bildirirlər. Ölkəmizdəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti maraqla qarşılanır. Dini radikalizm meyllərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir.
Bu gün biz bir vətəndaş olaraq yeniyetmə və gənclərimizi qeyri-ənənəvi dini cərəyanların təsiri altına düşməkdən qorumalı, onların Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, Azərbaycançılıq ideologiyası altında inkişafı üçün çalışmalıyıq.

Keçidlər