Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi yad edilmişdir

12 dekabr 2019 | 16:00

Bu gün respublikamızın hər yerində olduğu kimi Siyəzən rayonunda da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının ildönümü qeyd edilmiş, Ulu öndərin əziz xatirəsi yad edilmişdir. Hər bir qədirbilən ölkə sakini kimi siyəzənlilər də bu günü dahi liderin rayon mərkəzindəki abidəsini ziyarət etməklə başlamışlar.
   Dahi rəhbərin Siyəzən şəhərinin mərkəzindəki abidəsi önündə keçirilən tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ağsaqqaları, ziyalılar iştirak etmişlər. Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzülmüş, xatirəsinə sonsuz ehtiram nümayiş olunmuşdur.
     Daha sonra rayon rəhbərliyi Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmə baxmışlar.
      Sonda Ulu öndərin vəfatının 16-cı ildönümü ilə əlaqədar rayon sakinləri üçün ehsan süfrəsi açılmışdır.

 

 

 

 

 

 

 

                                                  

 

 

 

 

                                               

Keçidlər