Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir

03 may 2019 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir.  İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2019-cu ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov iştirak edirdi.

İclası giriş söz ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, həmçinin cari ildə rayonda görülmüş abadlıq və quruculuq, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki,  bütün bu tədbirlər ölkə vətəndaşlarının daha yüksək həyat səviyyəsinin təmin olunması, onların sosial təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Son günlərdə dövlət başçısı tərəfindən imzalanmış fərman və sərəncamlar bunu bir daha sübut edir.

  

Daha sonra  müzakirə olunan məsələ ilə əlaqədar geniş məruzə dinlənilmişdir.

Məruzə dinlənildikdən sonra Siyəzən Rayon Mərkəzi Poliklinikasının baş həkimi Əhməd Quliyev, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ənvər Hüseynov, sahibkar Rauf Paşayev hesabat dövründə rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə çıxış etmiş və geniş müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov  çıxış edərək ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl islahatlar, onların nəticələri, əhalinin məşğulluğunun artırılması, aqrar sektorun inkişafı  və s. sahələrdə görülmüş işlər barədə ətraflı məlumat vermişdir.   

    

  

Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən rayonunda 2019-cu ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

  

Keçidlər