Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilmişdir

20 yanvar 2019 | 16:00

Bu gün  20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov Siyəzən şəhərindəki Şəhidlər xiyabanını ziyarət etmişdir. Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə rayon rəhbərliyi adından əklil qoyulmuş, xiyabandakı şəhid məzarları ziyarət edilərək önlərinə tər qərənfillər düzülmüşdür. Xiyabana axın edən rayon sakinləri şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər.

  

  

  

  

 

Keçidlər