Şriftin ölçüsü :

Saytın rəngi :

Zarat kəndində səyyar qəbul keçirilmişdir

07 dekabr 2018 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Zarat kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov ötən görüşdən sonra kənddə görülmüş işlər, rayonun sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması, kənd təsərrüfatının inkişafının stimullaşdırılması və digər sahələrdə aparılan tədbirlər barədə məlumat vermişdir.

Daha sonra vətəndaşların müraciətləri dinlənilərək İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar vermişdir.

  

  

Keçidlər