Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir

18 oktyabr 2018 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2018-ci ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

İclası giriş söz ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, həmçinin cari ildə rayonda görülmüş abadlıq və quruculuq, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun artırılması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verdi.  

 

Daha sonra  müzakirə olunan məsələ ilə əlaqədar geniş məruzə dinlənilmişdir.

 

Məruzə dinlənildikdən sonra Siyəzən rayon məşğulluq mərkəzinin direktoru Etibar Heydərov, Telekommunikasiya qovşağının rəisi Rafiq Kəbirov, Siyəzən rayonu üzrə Maliyyə şöbəsinin rəis əvəzi Rəsul Əlibəyov  hesabat dövründə rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə çıxış etmiş və geniş müzakirələr aparılmışdır.

  

 

Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Siyəzən rayonunda 2018-ci ilin doqquz  ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.

 

Keçidlər