Şriftin ölçüsü :

Saytın rəngi :

Beşdam kəndində səyyar qəbul keçirilmişdir.

05 oktyabr 2018 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Beşdam kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov  ötən görüşdən sonra kənddə görülmüş işlər, vətəndaşlar problemlərinin həlli ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. 

Görüşdə çıxış edən kənd ağsaqqalları görülmüş işlərə  görə ölkə başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlıqlarını bildirmişlər. Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə  tapşırıqlar  verilmişdir.

 

 

 

 

Keçidlər