Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətənin müdafiəsinə hazıram!" adlı tədbir keçirilmişdir.

26 sentyabr 2018 | 16:00

Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Balabəy Balabəyov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Balabəy Balabəyov  bildirdi ki, rayonda gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi diqqətdə saxlanılır və cari ildə ali təhsil müəssisələrinə qəbul olunmuş siyəzənli abituriyentlərin bir hissəsinin hərbi təhsil müəssisələrini seçmələri bunu sübut edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov qeyd etdi  ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər təşkil olunur.  N.Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edəcək gənclərin fiziki hazırlığının yüksəldilməsi, onlara ilkin hərbi biliklərin öyrədilməsinin uğurla həyata keçirildiyini nəzərə çatdırdı.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və digər çıxış edənlər ölkəmizdə ordu quruculuğu prosesində görülmüş işlərdən və qazanılmış nailiyyətlərdən danışdılar.

Mərasim iştirakçılarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verildi.

Tədbirdə iştirak edən şəhid ailəsinin nümayəndələri‚ Qarabağ Müharibəsi veteranları, "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisində fərqlənən hərbi rəhbər və şagirdlər Xidmət tərəfindən diplomlarla təltif edildilər.

Tədbirin bədii hissəsində Siyəzən və Xızı rayon məktəblərinin özfəaliyyət kollektivləri, həmçinin vətənpərvərlik mövzusunda yazılmış mahnıların tanınmış ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış etdilər.

 

 

  

  

 

 

 

Keçidlər