Şriftin ölçüsü :

Saytın rəngi :

Tuğay kəndində səyyar görüş keçirilmişdir.

13 aprel 2018 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Tuğay kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov ötən görüşdən sonra kənddə görülmüş işlər, vətəndaşlar problemlərinin həlli ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki,  Bakı - Rusiya Federasiyası avtomobil yolundan Yenikənd kəndindən keçməklə Tuğay kəndinin mərkəzinədək  uzanan yol əsaslı təmir edilmişdir. Bundan başqa kəndin elektrik təsərrüfatı yenidən qurulmuş və hazırda yeni modul tipli məktəb binasının tikintisi davam edir.

Görüşdə çıxış edən kənd ağsaqqalları görülmüş işlərə  görə ölkə başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlıqlarını bildirmişlər. Vətəndaşların müraciətləri əsasən yaz mövsümü ilə əlaqədar suvarma suyunun çatışmazlığı barədə olmuşdur. İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulda iştirak edən Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilmişdir.

 

 

  

  

  

 

Keçidlər