Şriftin ölçüsü :

Saytın rəngi :

Tender

28 avqust 2012 | 15:00

Siyəzən Rayonu İcra Hakimiyyəti Siyəzən-Məşrif
avtomobil yolunun tikintisi məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Siyəzən-Məşrif avtomobil yolunun tikintisi.
Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.
Tenderdə iştirak etmək istəyənlər Lot-1 üzrə 150 (yüz əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Siyəzən şəhəri, Babək küçəsi 59 ünvanından (əlaqələndirici şəxs:Ş.Dadaşov, tel: 023-304-07-27, 023-304-28-77) ala bilərlər.
Təşkilat: Siyəzən rayon xəzinədarlığı
Hesab: 32051019445500201155
Bank: “Kapital Bank” Siyəzən filialı
Kodu: 200554
VÖEN: 7100009511
Müxbir hesab: 5528010000
S.W.I.F.T.BIK-AIIBAZ2X
Siyəzən Rayonu İcra Hakimiyyəti
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Görülən işlər təqdim olunmuş qrafikə əsasən yerinə yetirilməlidir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 20 sentyabr 2012-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətləri isə 27 sentyabr 2012-ci il saat 17:00-a kimi möhürlənmiş ikiqat zərfdə Siyəzən Rayonu İcra Hakimiyyətinə (ünvan: Siyəzən şəhəri, Babək küçəsi 59) təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 sentyabr 2012-ci il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

 

Keçidlər