Vergilər naziri Siyəzəndə vətəndaşları qəbul edəcəkdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 25 noyabr 2016-cı il tarixində vergilər naziri Fazil Məmmədov Siyəzən rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Siyəzən rayonu, Siyəzən şəhəri H.Əliyev 135a) Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.
Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs: Həsənov Xəyyam Bəhlul oğlu, əlaqə telefonu (018-64-2-44-10), mobil (050-797-87-82), Siyəzən və Xızı rayonları üzrə Siyəzən Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (023-3043034), mobil (055-520-11-54), Şabran rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Rəcəbəliyev Faiq Səməd oğlu, əlaqə telefonu: (023-3532832), mobil (051-994-44-02) və Xırdalan şəhəri Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012-3421722), mobil (050-254-42-55) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.