Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə Bayramı günü qeyd edilmişdir.

23 iyun 2016 | 16:00

23 iyun 2016-cı il tarixdə  Siyəzən rayonunda  Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilmiş, abidə önünə tər çiçəklər düzülmüşdür. 

 

Daha sonra İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir. Tədbiri  giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov  dövlət qulluqçularını təbrik etmiş onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Bundan sonra başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova bayram münasibətilə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki,  Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir.

 

Daha sonra tədbirdə  çıxış edənlər  dövlət qulluğunda çalışmağın böyük şərəf və məsuliyyət olduğunu, bu işdə çalışan hər kəsin xalqa sədaqətlə xidmət etməli olduğunu qeyd etdilər. Dövlət qulluğunda uzun müddət və səmərəli fəaliyyətinə görə 4 nəfər dövlət qulluqçusu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildi. 

 

Sonda tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olundu.

Keçidlər