Şriftin ölçüsü :

Saytın rəngi :

9 ayın yekunları müzakirə edilmişdir.

13 oktyabr 2014 | 15:00

Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2014-cü ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov məsələ ilə əlaqədar geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra məruzə ətrafında çıxışlar olmuş, Siyəzən rayonu üzrə maliyyə şöbəsinin rəisi Samir Nemətov, “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin rəisi Zülfüqar Səlimov, Gənclər və idman idarəsinin rəisi Nadir Məmmədov, Siyəzən elektrik şəbəkə rayonunun rəis əvəzi İlyas İsaqov, Siyəzən qaz istismar sahəsinin rəisi Elşən Nağıyev hesabat dövründə rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlərdən danışmışlar.

   
Çıxış və müzakirələrdən sonra Şura iclası müvafiq qərar qəbul etdi.

Keçidlər