Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş təntənəli konfrans keçirilmişdir
06 noyabr 2026 | 16:47
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rəşadətli tariximizin ən şanlı səhifələrindən olan Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş təntənəli konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov xalqımızın qazandığı tarixi qələbənin əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.
Konfrans çərçivəsində müxtəlif mövzularda maraqlı və geniş məruzələr dinlənilib:
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva – "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir"
Siyəzən Rayon Polis Şöbəsinin rəisi Rüfət İbayev – "Zəfərdən suverenliyə: Güclü dövlət, təhlükəsiz cəmiyyət"
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev – "Zəfər zirvəsindən baxış: Dünənin arzusu, bugünün reallığı"
Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova – "Şuşada ucalan bayraq: Zəfərimizin və milli qürurumuzun zirvəsi"
Rayon Ağsaqqallar Şurasının üzvü Nəcməddin Mürvətov – "Zəfərlə taclanan bayraq: Milli birliyimizin ən uca rəmzi"
Tədbir Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun yekun nitqi ilə yekunlaşıb.
Bizə bu böyük qüruru yaşadan şəhidlərimizi rəhmətlə anır, qazilərimizə şəfa diləyirik! Zəfərimiz əbədidir!






