Şriftin ölçüsü :

Saytın rəngi :

Yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri Yılmaz Səmədov və Tunar Sazmani ilə görüş keçirilmişdir

13 mart 2026 | 17:50

13 mart 2026-cı il tarixində yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri Yılmaz Səmədov və Tunar Sazmani ilə görüş keçirilmişdir. Siyəzən Gənclər Evində keçirilən görüşdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova qalib idmançıları təbrik etmiş, onlara qarşıdakı beynəlxalq yarışlarda uğurlar arzulamışlar. Sonda idmançılar  və onların məşqçiləri Ağadədə Allahverdiyev və Şəhanə Nəzərova fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər