Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirilib

13 sentyabr 2022 | 17:45
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Rayon İcra Hakimiyyətində yeni dərs ilinin başlanılması münasibətilə yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək məzunları təbrik etmiş, onlara gələcək tələbəlik həyatında uğurlar arzulamışdır.
Daha sonra YAP Siyəzən Rayon Təşkilatının sədri Samir Baxşiyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Təhsil Sektorunun müdiri Aynurə Dadaşova da çıxış edərək məzunları təbrik etmiş, Siyəzən təhsilinin uğurlarından danışmışlar.
Sonda yüksək nəticələr əldə etmiş məzunlara Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş və məzunların elmi biliklərə yiyələnməsində fərqlənən müəllimlərə Siyəzən Rayon İcra Hakimiyyətinin fəxri fərmanları verilmişdir.
Keçidlər