Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

21 noyabr 2025 | 17:38
Siyəzən Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin Siyəzən şəhərində ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub. Daha sonra tədbirin rəsmi hissəsi müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev çıxış edərək partiyanın keçdiyi 33 illik tarixi inkişaf yoluna nəzər salınmış və
Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edilib. Möhtərəm cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında bundan sonra da müstəqil, suveren Azərbaycanımızın yeni-yeni qələbələr, uğurlar qazanacağına böyük əminlik ifadə olunub.
Rəsmi hissənin sonunda bir qrup partiya veteranı fəxr fərmanla təltif olundu. Daha sonra tədbir bədii hissə ilə davam etmişdir.
Keçidlər