Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş Dünyamaliyev Elmir Bahadır oğlunun minnətdarlıq məktubu

31 mart 2023 | 16:37

Salam Cənab Novruz Novruzov, Su Kəməri qəsəbə sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Nə xoş bizim halımıza ki, Sizin kimi Rayon İcra Hakimiyyəti başçımız var. Bu qısa zamanda bizim problemlərimizi həll etdiniz. Qəsəbənin daxili yolunun asfaltlanması, işıq dirəklərinin quraşdırılması bizi çox sevindirdi. Təkərli arabadan isdifadə edən fiziki məhdudiyyətli sakinlərimiz, uşaq arabalarından istifadə edən valideynlər və ümumi kənd sakinlərinim adından Sizə bir daha minnətdarlığımızı bildiririk. Müavininiz Aqşin Ağayev müəllimə də təşəkkur edirik. İşin icrasi ilə yerindəcə məşğul oldu. Hərtərəfli dəstəyini biz sakinlərə göstərdi. Ölkə başçısı Cənab İlham Əliyevdən Allah razı olsun ki, bizim rayona sizin kimi məmurlar təyin edib.

Keçidlər