Vətən müharibəsi şəhidi Cəbiyev Qardaşağa Nizami oğlunun şəhid olmasından 5 il ötür
03 noyabr 2025 | 16:28
Vətən müharibəsi şəhidi Cəbiyev Qardaşağa Nizami oğlunun şəhid olmasından 5 il ötür. O, torpaqlarımızın azadlığı uğrunda canından keçərək Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə öz adını yazdıran igidlərimizdən biridir.
Bu gün biz, onun timsalında şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Onların göstərdiyi qəhrəmanlıq, fədakarlıq və vətənə sədaqəti heç vaxt unudulmayacaq.






