“Vətən Fədailəri:Şabran-Siyəzən-Xızı Şəhidləri” kitabı oxuculara təqdim edilmişdir
26 dekabr 2025-ci il tarixində Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində “Vətən Fədailəri” layihəsi çərçivəsində ərsəyə gələn “Vətən Fədailəri:Şabran-Siyəzən-Xızı Şəhidləri” kitabı oxuculara təqdim edilmişdir.
Təqdimat mərasimində şəhid ailələri, qazilər, təhsil işçiləri, rayon ictimayyəti, eləcə də digər bölgələrdən gələn qonaqlar iştirak etmişlər.
Çıxış edənlər layihənin əsas məqsədinin Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsini yaşatmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və tarixi yaddaşı qorumaq olduğunu vurğulamışlar. Bildirilmişdir ki, “Vətən Fədailəri: Şabran–Siyəzən–Xızı Şəhidləri” kitabı bu bölgələrdən olan şəhidlərin həyat və döyüş yolunu əks etdirərək gələcək nəsillər üçün dəyərli mənbə rolunu oynayacaqdır.






