Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilmişdir
11 dekabr 2025 | 14:21
Siyəzən Rayon İcra Hakimiyyətinin, Siyəzən rayonu üzrə təhsil sektorunun və Siyəzən rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Siyəzən Gənclər Evi sosial xidmət müəssisəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 14 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında şahmat idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilmişdir.






