Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 2009-2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir

06 dekabr 2025 | 10:33
Siyəzən Rayon İcra Hakimiyyətinin, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Siyəzən şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin idman zalında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 2009-2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilik Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, voleybol idman növünə yeniyetmələrin marağının artırılması, bu idman növünün Siyəzən rayonunda inkişaf etdirilməsi, gənclərin fiziki sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, eləcə də asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi daşıyıb.
Gərgin idman mübarizəsi şəraitində davam edən birinciliyin finalında oyunların yekun nəticəsinə əsasən qızların yarışında şəhər 2 nömrəli tam orta məktəbin komandası I, şəhər 3 nömrəli tam orta məktəbin komandası II və Yenikənd kənd tam orta məktəbin komandası isə III yeri tutmuşdur. Oğlanların yarışında isə şəhər 2 nömrəli tam orta məktəbin komandası I, Böyük Həmyə kənd tam orta məktəbin komandası II və Yenikənd kənd tam orta məktəbin komandası isə III yeri tutmuşdur. Sonda qalib komandalar diplom və medallarla mükafatlandırılmışlar.
Keçidlər