Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Siyəzən rayonunda tədbir keçirilmişdir
10 may 2026 | 12:21
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Siyəzən rayonunda tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayon rəhbərliyi, rayonun idarə müəssisə və təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etmişlər.






