Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir

09 may 2025 | 12:16

Bu gün Siyəzən şəhər stadionunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib. 2009-2013-cü il təvəllüdlü yeniyetmə və gənclər arasında təşkil olunan yarış, rayon ictimaiyyəti və idmansevərlər tərəfindən böyük maraqla qarşılanıb. Turnirin açılış mərasimində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavinləri Aqşin Ağayev və Ruhiyyə Hacıyeva, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Siyəzən şəhər bələdiyyəsinin sədri Nicat Səmədzadə, eləcə də yerli idarə və təşkilatların təmsilçiləri iştirak ediblər. Çıxış edən rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin idmanın inkişafına verdiyi töhfələrdən bəhs edərək, bu cür tədbirlərin gənc nəslin sağlam ruhda böyüməsində və idmana marağın artırılmasında mühüm rol oynadığını qeyd ediblər. Yarışda Siyəzənlə yanaşı, qonşu rayonlardan olan istedadlı yeniyetmə və gənc idmançılar da güclərini sınayıblar. Gərgin və maraqlı keçən qarşılaşmalar idmançılar arasında sağlam rəqabət mühiti yaradıb, iştirakçılara təcrübə qazanmaq imkanı verib. Turnirin sonunda qalib və mükafatçılar fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.

Keçidlər