Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə konfrans keçirilmişdi
08 may 2025 | 12:10
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olmuşlar. Mərkəzin akt zalında davam edən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat vermişdir.
Daha sonra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ruhiyyə Hacıyeva, YAP Siyəzən rayon təşkilatının sədr müavini Ramilə Seyidova və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elvin Kərimov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın konstitusiyasının müəllifidir”, Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır”, “Ulu öndər Heydər Əliyev Azərbaycançılıq idealogiyasının banisidir" mövzularında geniş çıxışlar etmişlər.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunmuşdur.






