Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Siyəzən rayonunda silsilə tədbirlər keçirilmişdir

11 may 2023 | 15:57
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Siyəzən rayonunda silsilə tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayon rəhbərliyi, rayonun idarə müəssisə və təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə əklil və tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyev Mərkəzini ziyarət etmişdir.
Saat 11:00-dan etibarən Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş toplantı təşkil olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov "Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti" adlı geniş məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda Ümummilli Lideri Heydər Əliyevə həsr olunan "Əsrin adamı" adlı film nümayiş olunmuşdur.
Keçidlər