Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı toplantı təşkil olunmuşdur

13 iyul 2023 | 15:48
Bu gün Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda toplantı təşkil olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və gənclər iştirak etmişlər. Tədbirdə çıxış edən Novruz Novruzov qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin 14 iyulda hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin əsasını qoydu.
Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Həmin dövrdə 1920-ci ildən dəfələrlə Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu il 14 iyul tarixinə kimi keçirdiyi böhranlı illər bir-birini əvəz edirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi.
Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yarada bilmişdi. SSRİ-ni lərzəyə salan milli-azadlıq hərəkatının qüdrəti və əzəməti ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə əsası qoyulmuş milli oyanış, milli dirçəliş, milli özünüdərk prinsipləri ilə üzvü surətdə səsləşirdi. Bu barədə ulu öndər Heydər Əliyev qeyd edirdi: "... Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barəsində düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə Sizinlə görüşərək və bu problemlərlə daim məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm...".
Keçidlər