Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Siyəzən şəhərində silsilə tədbirlər təşkil olunmuşdur
10 may 2025 | 12:19
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Siyəzən şəhərində silsilə tədbirlər təşkil olunub. Əlamətdar gün çərçivəsində ilk olaraq şəhərin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayon rəhbərliyi, idarə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.






