Tikinti və infrastruktur obyektləri ilə əlaqədar
Azərbaycan Respublikasın Prezidentinin 7 dekabr 2016-cı il tarixli 1149 nömrəli Fərmanı ilə "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası" təsdiq edilmişdir. Qaydaların 2.1-ci bəndinə uyğun olaraq bu səpkidə perspektiv investisiya layihələri barədə bəzi təkliflər hazırlanmış və hazırda bu istiqamətdə müzakirələr aparılır. Müzakirələrdə RİH-in başçısı Novruz Novruzov, Azərbaycan Respublikasının KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktoru Anar Salmanov, mərkəzin əməkdaşları və digər məsul şəxslər iştirak etmişdir.