Təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbul keçirilmişdir
09 sentyabr 2022 | 17:43
Sentyabrın 9-da Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Yenikənd kəndinin sakinləri ilə keçirib.
İcra başçısı sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.