Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən şəhərində yolların asfaltlaşdırılması işləri davam etdirilir

01 avqust 2023 | 15:56

Siyəzən şəhərində yolların asfaltlaşdırılması işləri davam etdirilir. Müəyyən edilmiş ardıcıllığa əsasən şəhərin Heydər Əliyev küçəsində yola asfalt salınmışdır. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı müavini – Sosial-iqtisadi  inkişafın  təhlili  və  proqnozlaşdırılması  şöbəsinin  müdiri Aqşin Ağayev 28 İyul 2023-cü il tarixdə həmin küçədə görülən işlərlə tanış olmuşdur. İcra Hakimiyyətinin başçısının müavini işlərin yüksək keyfiyyətlə görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir. Küçənin sakinləri ilə görüşən Aqşin Ağayev onların təkliflərini dinləmişdir. Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildimişlər. Daha sonra gələcəkdə görüləcək işlərlə əlaqədar qonşu küçə və yollara da baxış keçirilmişdir.

Keçidlər