Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən şəhərində yeni salınmış mədəniyyət və istirahət parkının təqdimat mərasimi keçirilmişdir

29 oktyabr 2025 | 15:46
29 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində, eyni zamanda Rayon İcra Hakimiyyətinin “Zəfərə gedən yol” tədbirlər planına uyğun olaraq, Siyəzən şəhərində yeni salınmış mədəniyyət və istirahət parkının təqdimat mərasimi keçirilib.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov yeni salınmış parkın rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili, gənclərin sağlam həyat tərzinə marağının artırılması və şəhərin abadlaşdırılması istiqamətində mühüm addım olduğunu vurğulayıb. Novruz Novruzov Zəfər tarixini də xüsusi olaraq xatırladıb. O, çıxışında qeyd edib ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız Zəfər, yalnız döyüş meydanlarında deyil, həm də ölkənin bütün guşələrində, xalqın qəlbində əbədi olaraq iz buraxdı. Bu böyük qələbənin Azərbaycanın suverenliyinin və müstəqilliyinin mühüm təməlini təşkil etdiyini bildirib. Zəfər tarixinin həm də vətənpərvərlik ruhunun, milli birlik və həmrəyliyin simvoluna çevrildiyini vurğulayaraq, şəhidlərimizin və qazilərimizin göstərdiyi igidlik və fədakarlığın heç zaman unudulmayacağını qeyd edib. O, həmçinin, bu yeni mədəniyyət və istirahət parkının, xalqımızın Zəfərə gedən yolda göstərdiyi əzmkarlıq və qətiyyətin təcəssümü olduğunu bildirib.
Tədbirdə iştirak edən rayon sakinləri yaradılan gözəl şəraitə görə ölkə rəhbərliyinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir Rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məktəbinin kollektivlərinin maraqlı çıxışları ilə yadda qalmışdır.
Keçidlər