Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən şəhərində “Novruz bayramı” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş iməclik təşkil edilmişdir

13 mart 2025 | 14:34

13 mart 2025-ci il tarixdə Siyəzən şəhərində “Novruz bayramı” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş iməclik təşkil edilmişdir. İməclikdə Heydər Əliyev küçəsində və Mərkəzi parkda ağacların dibi bellənmiş və gövdələri əhənglənmişdir. Bundan əlavə Heydər Əliyev küçəsi boyunca bardurların rənglənməsi işlərinə başlanılmışdır. Tədbirdə Kommunal Müəssisələr Kombinatı, Mənzil İstismar Sahəsi və Yaşıllaşdırma İdarələrinin kollektivləri və bir qrup könüllü iştirak etmişdir.

Keçidlər