Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən şəhər sakinləri ilə səyyar qəbul keçirilmişdir

20 oktyabr 2026 | 10:11
19 oktyabr 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında Siyəzən şəhər sakinləri ilə səyyar qəbul keçirib.
Səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri və məsul şəxsləri iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri, onları narahat edən məsələlər və müxtəlif sosial-məişət problemləri dinlənilmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasının, qaldırılan məsələlərin operativ şəkildə araşdırılmasının və həlli istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır.
Səyyar qəbul zamanı sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər