Siyəzən şəhər 1 saylı ümumi orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbiri keçirilmişdir.
05 noyabr 2026 | 17:16
Siyəzən şəhər 1 saylı ümumi orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan, xalqımızın birliyindən, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyətindən bəhs edilmişdir. Bildirilmişdir ki, 8 Noyabr xalqımızın şanlı tarixində qürur, milli birlik və qəhrəmanlıq rəmzi kimi əbədi yaşayacaqdır.






