Siyəzən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
26 fevral 2023 | 18:15
Fevralın 26-da saat 17:00-da Siyəzən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Həmin anda küçələrdə nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.