Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunda 2 iyul - Azərbaycan polisi günü qeyd olunub.

02 iyul 2024 | 15:26
Siyəzən rayonunda 2 iyul - Azərbaycan polisi günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov, başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Xəqani Məmmədov, YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev, Siyəzən rayon prokuroru Ramil Əliyev, hüquq mühafizə orqanları və idarə rəhbərləri, Siyəzən polisinin şəxsi heyəti, polis veteranları və vətən müharibəsi qaziləri iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Rayon Polis Şöbəsində davam edən tədbirdə çıxış edənlər polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xidmətdə fərqlənən polis əməkdaşları Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.
Keçidlər