Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən rayonunun Gilgilçay qəsəbəsində olmuşdur
01 aprel 2025 | 16:03
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən rayonunun Gilgilçay qəsəbəsində olmuşdur.
Gilgilçay qəsəbə tam orta məktəbini ziyarət edən Novruz Novruzov məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olmuş, müvəqqəti olaraq fəaliyyəti dayandırılan Yenikənd kənd tam orta məktəbindən Gilgilçay qəsəbə tam orta məktəbinə köçürülən şagirdlərin ehtiyacları ilə maraqlanmış, şagird və müəllim heyyəti ilə söhbət aparmışdır.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış Abbasov Nahid Qərib oğlunun ailəsinin yaşadığı evi ziyarət etmiş, şəhidin anım günü ilə əlaqədar təşkil olunan görüşdə iştirak etmiş və xatirəsini yad etmişdir.






