Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov növbəti səyyar qəbulunu Gilgilçay qəsəbə sakinləri ilə keçirmişdir
05 yanvar 2026 | 17:00
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Gilgilçay qəsəbə tam orta ümumtəhsil məktəbinin binasında, Gilgilçay qəsəbə sakinləri ilə keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdir.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində keçirilir.






