Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov növbəti səyyar qəbulunu Daşlı Çalğan kənd sakinləri ilə keçirib
11 oktyabr 2024 | 15:05
Oktyabrın 11-i Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Məşrif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasında, Daşlı Çalğan kənd sakinləri keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində keçirilir.