Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.

03 avqust 2022 | 22:11
Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.
İclasın gündəliyində 2 məsələ; Siyəzən rayonunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sahəsində görülmüş işlər və Məhərrəmlik ayında Siyəzən rayonunda dini vəziyyət müzakirə olunmuşdur. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri və din xadimləri iştirak etmişlər. Tədbirdə gündəlikdəki məsələlərlə əlaqədar arayışlar Şuraya təqdim olunmuş və Şuranın Qərarı təsdiq edilmişdir. Qərarda gündəlikdəki məsələlərlə əlaqədar rayonun idarə, müəssisə və təşkilatların hesabatlarının təqdim edilməsi, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq işlərin görülməsinə dair tapşırıqlar və s. öz əksini tapmışdır. Daha sonra Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində dini durumun sabit saxlanılması, dini qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, Məhərrəmlik, Aşura və digər dini mərasimlərin qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsi ilə əlaqədar rayon Qərargahının yaradılması barədə Sərəncamı oxunmuşdur.
Müzakirə olunan məsələlərlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Novuz Novruzov iclas iştirakçılarına qanunvericilikdə nəzərdə tutulmuş formada öz tapşırıq və tövsiyələrini vermişdir. Qeyd olunmuşdur ki, mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız rəsmi şəkildə təyin edilmiş din xadimləri tərəfindən idarə edilməlidir.
Bildirilmişdir ki, sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır.
Keçidlər