Səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir
05 fevral 2026 | 16:45
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir. Belə ki, rayonun Zarat kəndində keçirilən səyyar qəbul zamanı vətəndaşların Zarat kənd qəbristanlığına gedən yolda təmir işlərinin aparılması məsələsi Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Həmyə bələdiyyəsi tərəfindən icra olunur.






