Səyyar qəbullarda qaldırılan məsələlərin icrası davam etdirilir
10 dekabr 2025 | 17:00
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir. Belə ki, rayonun Balaca Həmyə kəndində keçirilən səyyar qəbul zamanı vətəndaşların Balaca Həmyə kəndində və “Göyçə” adlanan yaşayış massivində məhəllədaxili yolların qum-çınqıl qarışığı ilə üzlənməsi məsələsi Həmyə bələdiyyəsi tərəfindən icra olunmuşdur.






