Səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir
18 dekabr 2025 | 17:13
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir. Belə ki, Rayon İcra Hakimiyyəti başçısının Sədan kəndinə keçirilən səyyar qəbulunda iştirak edən vətəndaşlar tərəfindən, xüsusən qış aylarında Sədan kəndinə gedən asfalt yolun istifadəyə yararsız (qarlı havalarda) olduğu, cari təmir olunması ilə bağlı köməklik göstərilməsi qeyd edilmişdir. Məsələ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürülmüş, Sədan kəndinə gedən alternativ yolun cari təmiri məsələsi həll olunmuşdur.
Sədan kəndinə gedən alternativ yol, Həmyə Bələdiyyəsinin təşəbbüsü ilə qum-çınqıl qarışığı ilə üzlənərək cari təmir edilmişdir. Kənd sakinləri tərəfindən qaldırılan məsələ öz həllini tapmış, qış aylarında yolun daha təhlükəsiz və istifadəyə yararlı olmasına şərait yaradılmışdır.






