Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun tənha ahıl sakinlərinin yasadığı ünvanlara gedilərək vəziyyətləri ilə maraqlanılmış və onlara bayram sovqatı aparılmışdır

25 dekabr 2025 | 15:13

Ənənəyə sadiq qalaraq “Dünya Azərbaycanlılarının həmrəylik günü” və “Yeni il“ münasibəti ilə Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun tənha ahıl sakinlərinin yasadığı ünvanlara gedilərək vəziyyətləri ilə maraqlanılmış və onlara bayram sovqatı aparılmışdır. Ahıllar onalara göstərilən  diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirdilər. Onu da qeyd edək ki, ahıllardan üç nəfəri; Anna İvanovna, Zinaida Yefrimovna və Lyubov Yefrimovna illərdir Siyəzəndə yaşadıqlarını və özlərini rus xalqına mənsub azərbaycanlı kimi çox xoşbəxt hiss etdiklərini vurguladılar, onlara göstərilən qaygıdan razı qaldıqlarını bildirərək öz təşəkkurlərini bildirdilər.

Keçidlər